Putin Mirziyoyevlə telefonla danışdı
    • 15-08-2024, 14:23
    • 170

Putin Mirziyoyevlə telefonla danışdı

Rusiya prezidenti Vladimir Putin özbəkistanlı həmkarı Şavkat Mirziyoyev ilə telefon danışığı aparıb. 

News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətindən verilən xəbərə görə, dialoq Özbəkistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı dövlət başçıları ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq və regional gündəmdəki mövzuları da müzakirə ediblər.

“Hər iki tərəf Rusiya ilə Özbəkistan arasında müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə gücləndirmək niyyətində olduqlarını təsdiqləyiblər. Gələcək təmaslar barədə razılıq əldə olunub”, - deyə məlumatda bildirilib.

Məryəm İlhamqızı