Piyadalarla bağlı maraqlı qayda - BEYNƏLXALQ TƏCRÜBƏ
    • 17-08-2024, 19:26
    • 187

Piyadalarla bağlı maraqlı qayda - BEYNƏLXALQ TƏCRÜBƏ

Özbəkistanda piyada keçidlərindən keçilməsi ilə bağlı yeni qayda tətbiq edilib. 

News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, indi piyada keçidindən istifadə etmək üçün sürücülər xəbərdar edilməlidir. Piyada yolu keçmək istəyərkən keçiddə dayanmalı, yaxınlaşan avtomobilə sağ və ya sol əli işarə verməlidir. Yalnız nəqliyyat vasitəsinin tam dayandığlna əmin olduqdan sonra yolu keçmək olar. 

Bu qayda piyadaların keçidlərdən düzgün istifadə etməməsi nəticəsində yaranan qəzaların qarşısını almnaq üçündür. 

Təssüf ki, bizdə də əksər piyadalar keçiddən doğru istifadə edə bilmir, keçidə yaxınlaşdıqda ətrafa baxmadan yolun hərəkət hissəsinə çıxırlar. Halbuki, keçid üstünlüyü olan yerdə belə, piyada birbaşa yolun hərəkət hissəsinə çıxmamalı, yolu ehtiyatla keçməlidir. Keçidlərlə bağlı bu qayda yüz ildir mövcud olsa da, bəzi ölkələrdə bunun tətbiqi üçün tövsiyə və maarifləndirmə səmərə vermir. Son çarə inzibati metoddur.