Azərbaycanda qadın ərini gizli sevgisinə qurban etdi - DƏHŞƏTLİ FAKTLAR
    • 10-06-2019, 19:12
    • 920

Azərbaycanda qadın ərini gizli sevgisinə qurban etdi - DƏHŞƏTLİ FAKTLAR

Keçən ilin iyununda Lerik rayonunda bir qrup şəxs tərəfindən törədilmiş qətllə bağlı həbs edilən şəxslərdən biri Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni 120.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə ittiham edilərək barəsində azadlıqdan məhrumetmə cəzası verilən Əliyev Vəfalı Elsevər oğlu Ali Məhkəmədən onun işinə yenidən baxılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, dəhşətli hadisə cari il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində baş verib. Meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub. Bununla əlaqədar polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Məlum olub ki, M. Ağayevin həyat yoldaşı Nailə Ağayeva ilə münasibətləri gərgin olub. Əri tərəfindən döyülməsini qəbul edə bilməyən N. Ağayeva bu barədə dostu Aqil Baxşıyevə məlumat verib. Dostuna ərini öldürmək istədiyini deyən N.Ağayeva ondan bunu həyata keçirməkdə yardım istəyib. A.Baxşıyev qohumu Vəfalı Əliyevlə birgə M. Ağayevi meşəyə aparıb orda öldürüblər. Daha sonra onun meyitini yol kənarına idarə etdiyi avtomobilin yanına ataraq qaçıblar. Hər kəs onun yol qəzası nəticəsində öldüyünü ehtimal edib.

İstintaqla M.Ağayevin qəsdən öldürüldüyü müəyyən edildikdən sonra faktla bağlı başlanmış cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Cinayətdə adı keçən mərhumun arvadı Nailə Ağayeva, arvadının dostu Aqil Baxşıyev və Vəfalı Əliyev şübhəli şəxs qismində tutulublar.