Xırdalanda canına qıymaq istəyən qadın belə xilas edildi - Video
    • 24-08-2024, 13:12
    • 375

Xırdalanda canına qıymaq istəyən qadın belə xilas edildi - Video

Abşeronda dünən gecə saatlarında intihara cəhd hadisəsi olub.

News24.az xəbər verir ki, bir nəfər vətəndaş Xırdalan şəhərində yaşadığı mənzilin eyvanına çıxaraq intihara cəhd edib.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər. Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1983-cü il təvəllüdlü qadın yaşadığı onikimərtəbəli binanın 4-cü mərtəbəsində eyvana çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əvvəlcədən həyata keçirilmiş təhlükəsizlik tədbirləri nəticəsində intihara cəhd edən şəxs qurulmuş xilasetmə yastığı vasitəsilə xilasedicilər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.