-
- 26-08-2024, 08:46
- 953
6,9 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ
Tonqa Krallığının sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 22,4 min nəfərin yaşadığı Tonqanın paytaxtı Nukualofa şəhərindən 136 km şimalda, episentr isə 102 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.