"Kül sizin başınıza" - Əli Mirəliyevdən ŞOK AÇIQLAMA
    • Dünən, 12:36
    • 480

"Kül sizin başınıza" - Əli Mirəliyevdən ŞOK AÇIQLAMA

"Mənim kimi bütün müğənnilər Əbülfət də, İslam da, Gülarə xanım da, Arif də onların heç biri ailə söhbəti etməyiblər"

Bunu News24.az-a açıqlamasında müğənni, bəstəkar Əli Mirəliyev deyib. 

Mühasibimiz bildirib ki, onlar sənətkardılar, öz işləri və öz sənəti ilə gündəmə gəliblər:

"O vaxt Bədii Şura Komissiyası bizə baxıb qulaq asırdı. "Oranı maç eliyim, buranı maç eliyim". Belə mahnı olar? Belə söz olar? Biz niyə onlardan fərqli olmuşuq? Deyim. Bizim fərqimiz onda idi ki, biz deyilən ayələrə qulluq eləmişik. Bunlar hamısı Quran ayələrində var. Təlxək, mütrif, artist deyirlər. Elə bilirlər bunlar Xalq artisti, Əməkdar artistdilər. Kül sizin başınıza! Artist təlxəyə, meymuna deyərlər, ay bədbəxtlər. Söz var ki, özünü artistliyə qoyma, özünü gicliyə qoyma. Yaxşı olsaydı mən də o adı götürərdim. Başa düşmürlər ki, bunları ələ salırlar. 5-10 manat pul verib, bir dənə də ev verib ələ salırlar. Siz ömrünüzdə sənətkar olmayacaqsınız. Tarixə düşməyəcəksiniz, tarixdə adınız olmayacaq. Xalq artisti olmaq olar, amma tarixə düşmək çətin məsələdir. İslam Rzayev, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Rəşid, Bülbül, Mirzə Babayev, Nərminə Məmmədova, Oqtay Ağayev, Akif İslamzadə, Niyaməddin Musayev, Nisə Qasımova, Flora bunlar tarixdədirlər. Siz bunu poza bilməyəcəksiniz, ay bədbəxtlər".

Məryəm İlhamqızı