Polşa Aİ-nin şərq cinahının lideri olmaq imkanını açıqladı
    • Dünən, 23:56
    • 92

Polşa Aİ-nin şərq cinahının lideri olmaq imkanını açıqladı

Polşa Rusiya Federasiyası ilə qarşıdurma üçün Aİ-nin müdafiə strukturlarının gücləndirilməsi ilə əlaqədar Mərkəzi Avropanı, Skandinaviya dövlətlərini və Baltikyanı ölkələrini birləşdirən Avropa İttifaqının şərq cinahının lideri ola bilər. 

News24.az xəbər verir ki, bu barədə “Politico”nun dərc etdiyi materialda deyilir.

“Bizim lidersiz bir növ Avropamız var. Avropa siyasətinin mərkəzində bir boşluq var. Və bu, əlbəttə ki, çox qeyri-adi bir fürsətdir”, - deyə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Varşava ofisinin rəhbəri Piotr Buras bildirib.

O hesab edib ki, Fransa prezidenti Emmanuel Makron “başqaları tərəfindən izlənmir”, Almaniya kansleri Olaf Şolz isə “çox zəif liderdir”.

Nəşrin müəllifləri qeyd ediblər ki, Varşava və onun müttəfiqlərini “ümumi məqsəd hissi” birləşdirir. 

Politico bu qrupa Polşa, Çexiya, Rumıniya, həmçinin Skandinaviya və Baltikyanı ölkələri də daxil edib. İddialara görə, bu dövlətlərin nümayəndələri Aİ liderlərinin Brüsseldəki görüşlərindən əvvəl “mövqelərini yoxlayırlar”.

Məryəm İlhamqızı