Tarantino Alek Bolduini ukraynalı operatorun ölümündə günahlandırdı
    • Dünən, 22:30
    • 133

Tarantino Alek Bolduini ukraynalı operatorun ölümündə günahlandırdı

"Rezervuar itləri” və "Bill öldürmək” filmləri ilə tanınan amerikalı rejissor Kventin Tarantino Alek Bolduindən danışıb.

News24.az bu barədə Qaynarinfo-ya istinadla xəbər verir.

Tarantino qeyd edib ki, məhkəmə onu "Rust” filminin çəkiliş meydançasında ukraynalı Qalina Qutçinsin qətlində təqsirli hesab etməsə də, bu qərarla razılaşmır. "Club Random” podkastında Bill Maherlə söhbətində Tarantino bildirib ki, günahı məşhur aktyorun üzərindən götürmək olmaz.

"Gunsmith Hannah Gutierrez-Reed Qalinanın qətlində 90% günahkardır, qalan 10% isə Bolduinin günahıdır. Səhnəni çəkməzdən əvvəl aktyor silahı yoxlamalı idi ki, lülədə güllə və ya digər problemlər varmı. O, təkcə əlində silah tutmur, həm də bunun üçün məsuliyyət daşıyır”, - deyə Kventin vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında aktyor Alek Bolduin çəkiliş meydançasında iki nəfəri yaralayıb. Onlardan biri ukraynalı operator Qalina Qatçins olub. 42 yaşlı qadın təyyarə ilə Albuquerque xəstəxanasına çatdırılsa da, orada ölüb.

Alek silahın boşaldıldığına əmin olduğunu vurğulayıb. Lakin vurulan ukraynalı qadın Qutçinsin ailəsi aktyoru məhkəməyə verib. Daha sonra o, "odlu silahla təhlükəsiz davranma" və "başqalarının təhlükəsizliyinə tam etinasızlıq və ya laqeydliklə törədilən hərəkət" kimi iki maddə ilə ittiham olunub. Onu 18 aya qədər həbs cəzası gözləyirdi. Lakin bu ilin iyulunda məhkəmə nəhayət ki, Alekə qarşı bütün ittihamları ləğv edib və işi bağlayıb.