Sərxan Kərəmoğludan ATMACA: “Yalandan basıb-bağlayır”
    • Dünən, 23:48
    • 280

Sərxan Kərəmoğludan ATMACA: “Yalandan basıb-bağlayır”

“Elə şeylərə göz yumuram”.

News24.az Yenicag.az-a istinadla xəbər verir ki, bu sözləri şoumen, müğənni, aktyor Sərxan Kərəmoğlu sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O, özünü təsdiq etmək üçün yalandan basıb-bağlayan bəzi insanlara səslənərək, onların ünvanına atmaca atıb:

“Qorxduğum tək Allahdır. İnsanlarda pis və xoş tərəf var. Sənə hansı lazımdısa, onu oyat. Kimsə mənə yalan danışırsa, xırda işlərdə mane olursa, özünü təsdiq etmək üçün basıb-bağlayırsa, hər zaman özünü sübut etməyə çalışırsa, belə şeylərə uzun illərdir ki, normal baxıram. Həm də göz yumuram. Niyə? Çünki bu kimi şeylərə irad bildirsəm, o zaman tək qalaram. İndi hamı nəyinisə sübut etməyə çalışır. Etsin də, mənə nə? Boş verin getsin. Vürrey eləyin”.