İmişlidə evin həyətindən çətənə kolları aşkarlandı
    • Bu gün, 09:54
    • 78

İmişlidə evin həyətindən çətənə kolları aşkarlandı

İmişlidə rayon sakini olan Mehti Mehtiyevin evinin həyətindən çətənə kolları və 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə “News24.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.