İran: HƏMAS-ın təsdiq etdiyi razılaşmanı dəstəkləyirik
    • Bu gün, 11:53
    • 106

İran: HƏMAS-ın təsdiq etdiyi razılaşmanı dəstəkləyirik

İranın xarici işlər naziri Abbas Arakçi Tehrana səfər edən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb. 

News24.az xəbər verir ki, iclasda İran və Qətər arasında əlaqələrin yaxşılaşdırılması və regional inkişafa uyğun əməkdaşlığın artırılması qərara alınıb.

İsrail və HƏMAS arasında atəşkəs danışıqlarındakı roluna görə Qətərə təşəkkür edən Ərakçi, Qəzzada müharibəni sona çatdıracaq təşəbbüsləri alqışladıqlarını ifadə edərək, "Həmas və Fələstin müqaviməti tərəfindən təsdiqlənən istənilən razılaşmanı dəstəkləyirik” dedi.

İran prezidenti Məsud Pezeşkiyan Əl Tani ilə görüşündə İsrailin Qəzzada davam edən müharibəsinin qarşısı alınmalı olduğunu vurğulayıb və deyib:

"İslam ölkələri bir araya gələrək sionist rejim tərəfdarlarını Qəzzada davam edən müharibəni dayandırmağa məcbur etməlidirlər. İnsanlığa qarşı cinayətlər törədilir. Ancaq lazım olanda bir insan üçün səsini ucaldan və insan haqları müdafiəçisi olduğunu iddia edən bəzi ölkələr bu hərbi cinayətlər qarşısında susur".

Günel Məlikzadə