"Atəşkəs danışıqları iflasa uğramadı, irəliləyiş var"
    • Bu gün, 13:03
    • 94

"Atəşkəs danışıqları iflasa uğramadı, irəliləyiş var"

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində Qəzza gündəmi ilə bağlı sualları cavablandırıb. 

News24.az xəbər verir ki, Kirbi Misirin paytaxtı Qahirədə aparılan danışıqların iflasa uğradığına dair qiymətləndirmələrə belə cavab verib:

"Danışıqlarda heç bir pozulma yoxdur. Tərəflər prosesi işçi qruplara ötürmək üçün kifayət qədər irəliləyiş əldə ediblər. Danışıqlar o yerə çatıb ki, tərəflər növbəti məntiqli addımı atmaqdır".

Hələ görüləcək çox iş olduğunu və tərəflər arasında danışıqların davam etdiyini qeyd edən Kirbi, İsrail ordusunun haradan və necə geri çəkiləcəyinə qədər bir çox mühüm detalların işçi qruplarda müzakirə ediləcəyini bildirib.

Digər tərəfdən Kirbi Hizbullah və İsrail arasında qarşılıqlı hücumların atəşkəs danışıqlarına mənfi təsir etmədiyini vurğulayıb.

Günel Məlikzadə