Məşhur müğənninin eyni gündə həm anası, həm bacısı öldü - FOTO
    • Bu gün, 11:53
    • 610

Məşhur müğənninin eyni gündə həm anası, həm bacısı öldü - FOTO

Dünya pop səhnəsinin əfsanəvi ulduzu Meray Kerrinin ailəsində faciə yaşanıb.

News24.az OLAY-a istinadla yazır ki, 55 yaşlı sənətçinin anası Patrisiya və bacısı Elison eyni gündə vəfat edib. Bununla bağlı Meray özü açıqlama yayıb.

“Ötən həftə sonu anamı itirdiyim üçün ürəyim ağrıdı. Təəssüf ki, faciəvi hadisə nəticəsində bacım elə həmin gün dünyasını dəyişdi. Ölmədən əvvəl son həftəmi anamla keçirə bildiyim üçün özümü xoşbəxt hiss edirəm”, - deyə M.Kerri vurğulayıb.

Qeyd edək ki, Meray Kerrinin anası ilə münasibətləri hər zaman çətin olub. O, əvvəllər 2020-ci ildə yazdığı “The Meaning of Mariah Carey” adlı xatirə kitabında onları “qürur, ağrı, utanc, minnətdarlıq, qısqanclıq, heyranlıq və məyusluğun tikanlı ipi” kimi təsvir edib. Münaqişələrə baxmayaraq, müğənni xatirələrinin bir hissəsini ona həsr edərək “Anam əlindən gələni etdi və mən onu həmişə sevəcəyəm” deyib.