Robotlar bunu da öyrəndi
    • Bu gün, 13:10
    • 129

Robotlar bunu da öyrəndi

Alimlər bahalı süni dəriyə ehtiyac olmadan robotları toxunma hissi ilə təmin edə biliblər.

News24.az xəbər verir ki, Alman Aerokosmik Mərkəzindən bir qrup robotun daxili sensorlarından aldığı siqnalları şərh edərək, xaricdən tətbiq olunan qüvvə və təzyiqi dəqiq müəyyən etmək üçün süni intellektdən istifadə edib.

Tədqiqatçılar bildiriblər ki, bu yeni yanaşma bahalı biometrik dəri və sensorlara ehtiyacı aradan qaldıracaq. "Ənənəvi üsullardan uyğunlaşma, çeviklik və intuitiv hisslərə keçidə" imkan verəcək.

Qeyd edək ki, komandanın dizaynına virtual düymələr, açarlar və robotun istənilən yerində sərbəst yerləşdirilə, köçürülə və tənzimlənə bilən sürgülər daxildir.

Bu sistem robotlara xüsusi toxunma sensorlarına ehtiyac olmadan fiziki qarşılıqlı əlaqəni aşkar etməyə imkan verib.

Bu inkişaf insanların robotlarla qarşılıqlı əlaqədə olması üçün potensial yeni yollar aça bilər.

Günel Məlikzadə