Magistral yolda ayı balası tıxac yaratdı
    • Bu gün, 10:03
    • 132

Magistral yolda ayı balası tıxac yaratdı

Moskva-Peterburq şossesində sürücülər magistral yolda qaçan ayı balası ilə qarşılaşıblar. Heyvan yol boyu sürətlə hərəkət edən avtomobillərin arasında manevr edib. 

News24.az bu barədə Tver Dövlət Televiziya və Radio Yayımları Şirkətinə istinadən xəbər verir. 

Yolda hasarlar olduğundan ayı balası meşəyə dönə bilməyib. 

Yerli sosial şəbəkələr heyvanın arxasında tıxac yaradaraq təxminən dörd kilometr qaçdığını yazıb.

Lakin çox keçmədən çəpərdə dəlik tapıb və yoldan qaçıb.

Məryəm İlhamqızı