Məşhur aktyorun ÖVLAD ACISI
    • Bu gün, 10:09
    • 253

Məşhur aktyorun ÖVLAD ACISI

81 yaşlı Cihat Tamerin xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Atilla Tamer 57 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, usta aktyor bir müddət xəstəxanada müalicə alan oğlu üçün qan istəyib. 

Vəziyyəti pisləşən Atilla Tamer gecə yarısı dünyasını dəyişib.

Cihat Tamer ölüm xəbərini İnstaqram hesabında açıqlayıb və "Sevimli oğlum Atilla Tameri itirdik. Cənazəsi sabah Ataköy Ömər Doruk məscidində ikindi namazından sonra Bakırköydəki ailə qəbiristanlığında torpağa veriləcək" deyib.

Məryəm İlhamqızı