Moskvada 2 dost manqalda yandı
    • Bu gün, 19:56
    • 276

Moskvada 2 dost manqalda yandı

Rusiyanın paytaxtı Moskvada 2 dost manqal etmək istəyiblər və nəticədə xəstəxanaya düşüblər.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Alınan məlumatlara görə, qurbanlar Sankt-Peterburqdan Moskva vilayətinə istirahətə gələn 36 yaşlı Arseni və onun 38 yaşlı Nikitadır.

Zərərçəkənlərdən biri yanğına alışdırıcı əlavə etmək qərarına gəlib, lakin çox yaxın dayanıb, buna görə alov dərhal paltarına keçib. Digər şəxs isə, dostuna kömək etmək istədiyi zaman zərər görüb.

Hər ikisi təcili xəstəxanaya yerləşdirilib. Həkimlər onlara üz və bədənin çoxsaylı yanıqları diaqnozu qoyublar.