Niyə dizel maşın sürənlər onu tezliklə əldən çıxartmağa çalışır?
    • Dünən, 22:23
    • 239

Niyə dizel maşın sürənlər onu tezliklə əldən çıxartmağa çalışır?

Azərbaycanda dizel mühərrikli avtomobillərə maraq kəskin azalıb.

News24.az Milli.Az-a istinadla bildirir ki, dizelin qiymətinin artmasından sonra bu mühərrikli avtomobillərin satışı zəifləyib. Bunu bazarda alverlə məşğul olanlar da təsdiqləyir.

Artıq Koreyadan gətirilən dizel mühərrikli avtomobillərə də maraq qalmayıb. Bu həm dizelin qiymətinin artması, həm də Koreyadan gətirilən işlənmiş avtomobillərin çoxunun yürüşünün çəkilməsi ilə əlaqəlidir.

Bundan başqa, dünyanın bir çox ölkələrində artıq sürücülər elektromobillərə və hibrid avtomobillərə keçid edirlər. Ekologiyanın da qorunması ilə əlaqədar görülən tədbirləri nəzərə alsaq artıq çox adam dizel avtomobillərin qadağan olunacağını iddia edir. Bu səbəbdən də çox adam bu tipli qərarlara qədər dizel mühərrikli maşınları əldən çıxartmağa çalışır.

Qeyd edək ki, 2035-ci ildən sonra Avropada dizel və sırf benzin mühərrikli avtomobillərin istehsalı qadağan ediləcək.