Güclü zəlzələ oldu - 5 bal
    • 27-08-2024, 14:16
    • 1 819

Güclü zəlzələ oldu - 5 bal

Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 bal gücündə zəlzələ baş verib.

News24.az Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin ocağı 114 kilometr dərinlikdə, Əfqanıstanla sərhədin yaxınlığında yerləşib.

Zəlzələ paytaxt Düşənbədə hiss olunmayıb.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.