Məşhur müğənnidən gənc cütlüyə evlilik məsləhəti
    • Bu gün, 18:22
    • 154

Məşhur müğənnidən gənc cütlüyə evlilik məsləhəti

Kuşadası və Çeşmədə konsertlər verən Nilüfer, keçmişdən günümüzə geniş repertuarı ilə tamaşaçılara musiqi ziyafəti təqdim edərkən, enerjili səhnə performansı ilə diqqət çəkib.

News24.az xəbər verir ki, xüsusilə gənc pərəstişkarlarının sıx marağı ilə xoşbəxt olduğunu dilə gətirən sənətçi, "Z nəsli bir yana qalsın, hətta alfa nəslindən olanlar da məni izləyir. Zarafat bir yana, gənclərin mahnılarıma göstərdiyi maraq məni çox sevindirir".

Məşhur müğənni konsertin bir hissəsində evlilik təklifi edən cütlüyü səhnəyə dəvət edib. Gənclərin xoşbəxtliyindən göz yaşlarını saxlaya bilməyən Nilüfer "Bir-birinizin əllərini əsla buraxmayın. Hər şəraitdə bir-birinizə sevgi və hörmətlə baxın" deyərək gənc cütlüyə tövsiyələr verib.

Məryəm İlhamqızı