"Telegram ABŞ senzurasını aşan məlumat verir"
    • Dünən, 23:43
    • 99

"Telegram ABŞ senzurasını aşan məlumat verir"

Telegram-ın qurucusu və baş direktoru Durovun həbsini şərh edən fransız siyasətçi Asselineau, sosial mesajlaşma tətbiqinin ABŞ senzurasını aşan məlumat verdiyinə diqqət çəkib.

News24.az xəbər verir ki, Respublika Xalq Birliyinin lideri Fransua Asselineau Sputnik Afrika-ya bildirib ki, Telegram Ukraynadakı münaqişə ilə bağlı Qərbdəkindən fərqli povest yaratmağa imkan verib.

Asselineau, "Makron təkbaşına hərəkət etdi? Aydındır ki, o, Birləşmiş Ştatlar tərəfindən deyil, onun daxilindəki dar qrup, demokratlarla sıx əlaqələri olan qondarma dərin dövlət tərəfindən formalaşdırılan əmrlərə tabedir", - deyə qeyd edib.

Həbslərin İsrail Ədliyyə Nazirliyindən məxfi məlumatların sızması ilə eyni vaxta düşməsinin "narahat edici" bir təsadüf olduğuna diqqət çəkən Asselineau, "İsrail səlahiyyətliləri bu məlumatların Telegram-da yayılmasının qarşısını almaq üçün əlindən gələni etməyə çalışır", - deyib.

Məryəm İlhamqızı