Bu ölkədə neft və qaz hasilatı dayandırıldı: 3 günlük zərər..
    • 30-08-2024, 11:51
    • 647

Bu ölkədə neft və qaz hasilatı dayandırıldı: 3 günlük zərər..

Liviya Milli Neft Şirkəti Nümayəndələr Palatasının (HOR) neft və qaz quyularını hasilata bağlamasından sonra 3 gün ərzində 120 milyon dollardan çox zərər gördüyünü açıqlayıb.

News24.az xəbər verir ki, Liviyanın şərqində Nümayəndələr Palatasının (HOR) təyin etdiyi hökumət Mərkəzi Bankın idarəçiliyi ilə bağlı fikir ayrılıqları səbəbindən avqustun 26-da bütün neft yataqlarında, limanlarda və qurumlarda “fors-major” elan edərək, hasilatı və ixracı dayandırmaq qərarına gəldiyini açıqlayıb.

LİVİYADA MƏRKƏZİ BANK BÖHRANI

Liviya Mərkəzi Bankı avqustun 18-də İnformasiya Texnologiyaları üzrə menecer Musab Müslümün oğurlanması səbəbindən bütün əməliyyatlarını dayandırdığını açıqlayıb.

Liviya Prezident Şurası avqustun 18-də verdiyi yazılı açıqlamada, Liviya Mərkəzi Bankının yeni prezidentinin seçilməsi və yeni idarə heyətinin yaradılması ilə bağlı qərarın qüvvəyə minməsinə yekdilliklə qərar verildiyini açıqlayıb.

Açıqlamada bu qərarın ölkədə maliyyə-iqtisadi sabitliyin təmin edilməsi, Mərkəzi Bankın üzərinə düşən vəzifələrin səmərəli şəkildə yerinə yetirilməsi, maliyyə xidmətlərinin davamlılığının təmin edilməsi məqsədilə qəbul edildiyi vurğulanıb.

Qeyd edək ki, Nümayəndələr Palatası avqustun 19-da Liviya Prezident Şurasının qəbul etdiyi qərarı rədd etdiyini açıqlayıb.

Günel Məlikzadə