Dollardan imtina etmək ölkələrə bu imkanı yaradacaq - Almaniya açıqladı
    • Dünən, 20:30
    • 127

Dollardan imtina etmək ölkələrə bu imkanı yaradacaq - Almaniya açıqladı

Alman iş adamı Kim Dotcom hesab edir ki, dünyanın bir çox ölkəsinin de-dollarizasiya üçün BRICS səylərinə qoşulması məntiqlidir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, "X" sosial şəbəkəsində izah edib ki, dollardan imtina etmək ölkələrə borcdan qurtulmağa imkan verəcək, çünki borcun böyük hissəsi bu valyutadadır.

"Sizə lazım olan tək şey qızıldır", - deyə iş adamı bildirib.

Onun fikrincə, bu, Aİ və Qərbin istəmədiyi “qlobal reset”ə gətirib çıxara bilər.