Putinin Ukraynaya mesajı: İstanbuldakı razılaşmalar fundamental olmalıdır
    • Bu gün, 13:04
    • 129

Putinin Ukraynaya mesajı: İstanbuldakı razılaşmalar fundamental olmalıdır

Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxış edən Putin, İstanbulda keçirilən görüşlərdə rus və ukraynalı müzakirəçilər arasında əldə olunan, lakin heç vaxt həyata keçirilməyən ilkin razılaşmanın danışıqlar üçün əsas ola biləcəyini deyib.

Putin, "Biz bunu əvvəllər də dəfələrlə demişik, mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri ilə bağlı Kiyevdəki hökumət nümayəndələri ilə razılaşdıq, hər şeyi razılaşdırdıq.

Bəli, bəzi şeylər üzərində bir az daha işləmək lazım idi, amma verdikləri razılıq qalır, sənəd var. Sonra Boris Conson gəldi. Məlum olduğu kimi, Britaniya hökuməti bunu inkar etmir, təsdiqləyirlər. Conson gəlib ukraynalılara son ukraynalıya qədər döyüşməyi tapşırıb".

İclasın sual-cavab hissəsində Putin Telegram-ın qurucusu Pavel Durovun Fransada saxlanılması ilə bağlı qiymətləndirmələr edib.

O, çıxışında Durovla bir neçə il əvvəl Kremldə görüşdüyünü xatırladıb və deyib: “Mən Durovla illər əvvəl Moskvada bir dəfə görüşmüşəm. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm və o vaxt Kremldəki görüşlərin birində idi. O, planlarından danışıb. O vaxtdan bəri onu görməmişəm".

Putin Durovu saxlayan Fransa hakimiyyətinin hərəkətlərinin aydın olmadığını və seçici davrandıqlarını bildirib.

Məryəm İlhamqızı