Mehindən polkovnik-leytenant anası ilə paylaşım
    • Bu gün, 13:08
    • 2 724

Mehindən polkovnik-leytenant anası ilə paylaşım

“Bir bilsəz onu hansı sözlərlə əzizləyirəm. Hər kəs üçün öz anası ən gözəl və ən şirindir. Hətta bəzən onu dişləmək üçün özümü güclə saxlayıram”.

News24.az OLAY-a istinadən yazır ki, bu sözləri müğənni Mehin Hümbətova anası polkovnik-leytenant Xatirə xanımla bağlı instaqram hesabında paylaşdığı postda yazıb.

Polis geyimində valideyni ilə avtomobilində çəkdiyi selfisini izləyiciləri ilə bölüşən ifaçı ona olan sevgisini bu sözlərlə ifadə edib:

“Bütün insani keyfiyyətləri – mərhəməti və qayğıkeş olmağı səndən öyrəndim. Ən güclü motivasiyam sənsən! Çox yaşa “mamiko”.