Xəstəlik, şəxsiyyət pozuntusu yoxsa cinsi oriyentasiya? - AÇIQLAMA
    • Bu gün, 15:48
    • 165

Xəstəlik, şəxsiyyət pozuntusu yoxsa cinsi oriyentasiya? - AÇIQLAMA

"Pedofiliya psixi sağlamlıq problemi kimi tanınır və bu, xəstəlik olaraq qəbul edilir". 

Bunu News24.az-a açıqlamasında psixoloq-konsultant Zeynəb Əyyubova deyib.

Psixoloq pedofiliyanın bir şəxsiyyət pozuntusu və ya cinsi oriyentasiya da deyil, əksinə bir cinsi yerdəyişmə (parafiliya) forması kimi təsnif edildiyini bildirib:

"Psixi sağlamlıq sahəsində, xüsusilə Dünya Səhiyyə Təşkilatının Beynəlxalq Xəstəliklər Təsnifatında (ICD-11) və Amerika Psixiatriya Assosiasiyasının Psixi Pozğunluqlar Diaqnostik və Statistik Əl Kitabında (DSM-5), pedofiliya xəstəliyi bu kateqoriyaya daxil edilir.

Pedofiliyanın səbəbləri hələ də tam aydın deyil, lakin müxtəlif psixoloji, bioloji və sosial faktorların təsir etdiyi düşünülür. Mümkün səbəblər arasında uşaqlıqda yaşanan travmalar (məsələn, uşaq ikən cinsi istismar), beyin quruluşundakı fərqliliklər, hormonal təsirlər və genetik meyillər ola bilər. Bəzi hallarda, erkən yaşlarda öyrənilən yanlış davranışlar və cinsi inkişafdakı problemlər də pedofiliya meylini artıra bilər. Ancaq bu sahədə daha çox tədqiqatlara ehtiyac var. Əsasən biz uşaq ikən alınan travmalara yönəlirik.

Psixoloq olaraq qeyd edə bilərəm ki, pedofiliya çox ciddi bir problemdir və bu cür davranışların qurbanları olan uşaqların psixoloji yardıma ehtiyacı olur. Müalicə və cəmiyyətin dəstəyi çox vacibdir. Belə hallarda hüquqi və terapevtik müdaxilə təmin olunmalıdır. Cəmiyyət olaraq bu mövzuda məlumatlılıq və həssaslıq artırılmalı, uşaqların təhlükəsizliyi təmin edilməlidir".

Günel Məlikzadə