Keçmiş baş nazirin oğurlanmış şəkli TAPILDI
    • Bu gün, 18:08
    • 116

Keçmiş baş nazirin oğurlanmış şəkli TAPILDI

BBC news xəbər verir ki, Çörçillin 1941-ci ildə Kanada parlamentində çıxış edərkən çəkilmiş fotoşəkili paytaxt Ottavadakı bir oteldə yerləşib.

News24.az xəbər verir ki, 2021-ci ilin dekabrı ilə 2022-ci ilin yanvar ayları arasında oğurlandığı güman edilən fotoşəkil İtaliyanın Genuya şəhərində fotonun oğurlandığından xəbərsiz bir şəxs tərəfindən tapılıb. 

Həmin şəxsin fotonu hərracda aldığı bildirilib.

Ontario ştatının Powassan şəhərində polis orijinal çap fotoşəkilinin "oğurlanması və qeyri-qanuni satışı" ilə məşğul olduğu güman edilən şəxsi saxlayıb.

Çörçillin bu şəkli İngiltərədə 5 funt sterlinqlik əskinaslarda görünüb.

Məryəm İlhamqızı