Cinayətkar qadın piknikdə olarkən TUTULDU
    • 30-08-2024, 11:27
    • 191

Cinayətkar qadın piknikdə olarkən TUTULDU

Bursanın Yıldırım rayonunda oğurluq etdiyi iddiası ilə axtarışda olan Gamze U. gəzinti zamanı yaxalanıb.

News24.az xəbər verir ki, Asayiş Şöbə Müdirliyi qrupları, Yıldırım mahalına bağlı Erikli Məhəlləsində bir evdən sırğa, 2 qram qızıl, mobil telefon və sənədli silah oğurlandığı xəbəri üzərinə araşdırma başladıb.

Hadisə şahidləri ilə məsləhətləşən qruplar ətrafdakı təhlükəsizlik kameralarını araşdıraraq şübhəlinin Gamze U olduğunu müəyyən edib.

Şübhəli İznik gölünün sahilində piknik edərkən qruplar tərəfindən yaxalanıb. Həmin şəxsin üzərində aparılan axtarış zamanı oğurlanmış silah və qızıl-zinət əşyalarının bir qismi götürülüb.

Dindirmə zamanı Gamze U-nun müxtəlif cinayətlərə görə 53 qeyd və 11 həbs qərarı olduğu məlum olub.

Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən şübhəli hakim tərəfindən həbs edilib.

Məryəm İlhamqızı