Sosial medianın yeni fenomeni - dünyanın diqqət mərkəzində
    • Bu gün, 20:16
    • 98

Sosial medianın yeni fenomeni - dünyanın diqqət mərkəzində

İyul ayında Taylandın Khao Kheow Open Zooparkında dünyaya gələn "Moo Deng" adlı dişi begemot sosial mediada fenomenə çevrilib.

News24.az xəbər verir ki, dünyanın diqqət mərkəzinə çevrilən begemotu görmək üçün zooparka axın edən ziyarətçilərin sayı son iki ayda rekord həddə çatıb.

Zooparkın direktoru Narongwit Chodchoi bəzi ziyarətçilərin heyvanla pis rəftar etdiyini, yatarkən ona əşyalar atdığını və bilərəkdən onu qorxutmağa çalışdığını bildirib. Chodchoi bu hərəkətlərin cəzalandırılacağı barədə xəbərdarlıq edib.

O, açıqlamasında deyib: “Bu davranışlar təkcə qəddar deyil, həm də təhlükəlidir. Biz bu heyvanları qorumalı və onların təhlükəsiz və rahat mühitdə yaşamasını təmin etməliyik".

Qeyd edək ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) məlumatına görə, piqme begemoları kimi də tanınan Piqme begemotlarının vətəni Qərbi Afrikadır və nəsli kəsilməkdə olanlar kimi təsnif edilir. Mütəxəssislərin hesablamalarına görə, təbiətdə 3000-dən az qalıb.

Məryəm İlhamqızı