-
- 13-09-2024, 17:14
- 333
Məktəblərdə smartfonlar QADAĞAN EDİLDİ
Avropada yeni təhsil dövrünün başlaması ilə hökumətlər ardıcıl olaraq müxtəlif siniflərdəki məktəblərdə smartfonları qadağan etmək qərarına gəliblər.
News24.az xəbər verirki, bəzi ölkələr tətbiqi qiymətləndirərkən, digərlərində isə təşəbbüs, qadağa əvəzinə məktəblərin öhdəsinə buraxılıb və getdikcə daha çox məktəb smartfonlardan istifadəni məhdudlaşdırıb.
Macarıstanda qəbul edilən qərar ayın əvvəlində müəllimlər, valideynlər və tələbələrin “köhnəlik” olduğu əsası ilə etirazlarına səbəb olub.
Artıq İtaliyada və (regional olaraq) İspaniyada mövcud olan təcrübəyə Hollandiya bu yaxınlarda qoşulub.
Hollandiyada ibtidai məktəblərdə, eləcə də orta və liseylərdə smartfonlardan istifadə şagirdlərin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir göstərdiyi üçün qadağan edilib.
Tələbələrə smartfonlardan yalnız müvafiq kurslarda və ya sağlamlıq səbəbləri, fiziki qüsurlar kimi müstəsna hallarda tədris məqsədləri üçün istifadə etməyə icazə veriləcək.
Hollandiyadan qısa müddət əvvəl Belçikadakı fransızdilli məktəblərin bağlı olduğu Wallonia-Brüssel Təhsil Şəbəkəsi (WBE) oxşar qərar qəbul edib.
Avqustun 26-dan başlayan 2024-2025-ci tədris ilindən fransız dilində təhsil verən 373 məktəbdə ibtidai və orta məktəb şagirdlərinin özləri ilə smartfon gətirmələri qadağan edilib.
WBE qərarını tələbələrin smartfonlarla bir-birlərinin şəkillərini çəkib sosial media platformalarında paylaşması, nəticədə təcavüz cinayətlərinin sayının artması ilə əsaslandırıb.
Yunanıstanda qəbul edilən qərara görə, şagirdlər məktəbə telefonları ilə gələ bilərlər, lakin onları çantalarından çıxara bilmirlər.
Fransada təxminən 200 orta məktəbdə şagirdlərdən telefonlarını şkaflarında kilidləmələrini tələb edən pilot proqram istifadəyə veriləcək.
Tətbiq uğurlu olarsa Təhsil Nazirliyi 2025-ci ildə qadağanı bütün ölkəyə yaymağı hədəfləyir.
İrlandiyada isə yaşı 16-dan aşağı olan tələbələrin smartfondan istifadəsini tamamilə qadağan etmək variantı müzakirə olunur.
Məryəm İlhamqızı