Aİ nümayəndəsi səfəri ləğv etdi:
    • Bu gün, 18:08
    • 99

Aİ nümayəndəsi səfəri ləğv etdi: "Məni istəmirlər"

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin regional turu çərçivəsində İsrailə səfərini ləğv etdiyi bildirilib.

News24.az İsrailin "Yediot Ahranot" qəzetinə istinadən xəbər verir ki, İsrailin Qəzzaya hücumlarını müzakirə etmək üçün Misir və Livanın paytaxtı Beyrutu əhatə edən regional səyahətə çıxan Borrell İsrail səfərini ləğv edib. 

Bildirilib ki, Borrelin İsrailə səfəri sentyabrın 14-15-nə planlaşdırılıb, lakin Təl-Əviv administrasiyası bu səfərin oktyabrın sonuna, yəni Aİ nümayəndəsinin səlahiyyət müddətinin bitəcəyi vaxta qədər təxirə salınmasını istəyib.

Borrelin İsrailin AB səfiri Haim Regevə, İsrail xarici işlər naziri Yisrael Katzın “bu səfəri istəmədiyi üçün” proqramını ləğv etdiyini cavablandırdığı da paylaşılıb.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrailin Qəzzaya hücumlarını, işğal altındakı İordan çayının qərb sahilindəki işğalçılıq siyasətlərini və fələstinlilərə qarşı zorakılıqlarını tənqid etdiyi üçün İsrail hökumətinin və xüsusilə də xarici işlər naziri Katzın etirazına səbəb olub.

Məryəm İlhamqızı