Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ
    • Bu gün, 18:00
    • 69

Rusiya və Ukrayna arasında ƏSİR MÜBADİLƏSİ

Ukrayna prezidenti Zelenski Telegram hesabından verdiyi yazılı açıqlamada Rusiya ilə Ukrayna arasında daha bir məhbus mübadiləsi aparıldığını açıqlayıb.

News24.az xəbər verir ki, mübadilə nəticəsində Ukrayna hərbçiləri və mülki şəxslər də daxil olmaqla ümumilikdə 49 nəfərin ölkəsinə gətirildiyini bildirən Zelenski, “Əsir və girovların Rusiyadan azad edilməsini təmin etdiyinə görə bütün komandamıza təşəkkür etmək istərdim" deyib.

Zelenski bütün ukraynalı məhbusların evlərinə qaytarılmalı olduğunu vurğulayıb.

Qeyd edək ki, əsir mübadiləsi ilə bağlı Rusiyadan hələlik heç bir açıqlama verilməyib.

Məryəm İlhamqızı