Elm aləmində çaxnaşma: Yoluxucu xərçəng növü əmələ gətirir
    • 24-09-2024, 22:14
    • 1 490

Elm aləmində çaxnaşma: Yoluxucu xərçəng növü əmələ gətirir

Fransalı alimlər meduzaya bənzəyən qəhvəyi hidranın (Hydra oliqactis) xərçəng şişlərini öz nəsillərinə ötürə biləcəyini aşkar ediblər.

News24.az xəbər verir ki, Yunan mifologiyasındakı göl canavarlarının adını daşıyan bu orqanizmin təbiətdə yayılma potensialı ekoloji tarazlıq baxımından ciddi narahatlıq doğurur.

Tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu yoluxucu xərçənglər təbiətdə nəzarətsiz yayılarsa, mənfi ekoloji nəticələrə səbəb ola bilər.

Tədqiqatlar qəhvəyi hidraların xərçəngin yalnız laboratoriya şəraitində inkişaf etdiyini göstərsə də, bu cür şişlərin son on ildə Avstraliya sahillərində Tasmaniya şeytanlarının az qala nəsli kəsilməsinə səbəb olduğu məlumdur.

Tədqiqat qrupu ətraf mühitin çirklənməsinin daha yoluxucu xərçəng növlərinə səbəb ola biləcəyindən narahat olsa da, bu xəstəliyin insanlara təsirinin hələ aydın olmadığını vurğulayıblar.

Araşdırmanın aparıcı müəllifi Sofi Tissot bildirib ki, insan fəaliyyəti bu xərçənglərin yayılması üçün əlverişli şərait yarada bilər. Nəşr edilən araşdırmada, yoluxucu xərçənglərin həddindən artıq qidalanmanın səbəb ola biləcəyi irəli sürülüb.

Bildirilib ki, qəhvəyi hidranın yoluxucu xərçəngləri ilə bağlı edilən kəşflər insanlarda xərçəng formaları ilə bağlı hələ də qəti nəticəyə gəlməyib.

Günel Məlikzadə