-
- 25-09-2024, 10:56
- 308
Məşhur aktyorun adından 325 minlik fırıldaq - FOTO
İspaniyada Hollivud ulduzu Bred Pittin adından istifadə edən fırıldaqçılar 2 qadından 325 min avro alıblar.
News24.az “The Guardian”a istinadən xəbər verir ki, fırıldaqçılar qadınları Bred Pittin fan səhifəsindən tapıblar.
Həmin şəxslər seçdikləri qurbanlara elektron məktub və mesajlar göndəriblər. Həmin vaxt depressiyaya düşdüyü və müdafiəsiz olduğu deyilən iki qadını Bred Pittlə danışdıqlarına inandırıblar. Onları mövcud olmayan layihələrə investisiya qoymağa inandırıblar.
Fırıldaqçılar qadınılardan birindən 175 min avro, digərindən 150 min avro alıblar.
Polis eyni vaxtda 5 evə basqın edib və 5 nəfər saxlanılıb.
Teymur Məmmədov