Dənizdən hücum başlayır
    • Bu gün, 08:39
    • 136

Dənizdən hücum başlayır

İsrailin Livanın paytaxtı Beyruta intensiv hücumları davam edərkən növbəti kritib açıqlama edilib.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, İsrail ordusu “Hizbullah”a qarşı donanma ilə birlikdə hücuma keçəcəyini açıqlayıb və Sidon şəhərindən balıqçı qayıqları da daxil olmaqla hər kəsi dənizdən uzaq durmaqla hədələyib.

Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee məlumat verib.

Donanmanın “Hizbullah”a qarşı dəniz hücumu edəcəyini açıqlayan İsrail ordusu, bu bölgədə dənizə yaxınlaşacaqları təqdirdə livanlıların həyatlarından olacaqları bildirilib.

Teymur Məmmədov