-
- 9-10-2024, 12:35
- 479
Balaəli Hissdən danışdı: “Səhnəmizin hissiyyatı ölüb”
Tanınmış meyxanaçı Balaəli müğənni Hissdən danışıb.
“Rəngarəng” verilişinin qonağı olan meyxanaçı “İddialara görə” rubrikasında sualları cavablayıb.
O, "Balaəli Hissin onun haqqında dediklərini eşitdikdən sonra çox qəzəblənib” sualına belə cavab verib:
“Hiss o oxuyan qızdır? Haqqımda nə deyib ki? Mən boş vaxtlarımda “Playstation” oynayıram, elə şeylərə baxmıram, kim nə deyib bilmirəm. Kim nə deyir, qoy, desin. Kişi birinci özünü tanımalıdır, əsas odur özümü tanıyıram, bilirəm ki, kiməm. O da xanımdır, nə isə danışa bilər. Hərənin bir fikri var. Mən ona xanım olaraq hörmətlə yanaşıram.
Hissi dinləmirəm, mənim öz hisslərim var. Ümumiyyətlə, son dövrlərdə səhnəmizin hissiyyatı ölüb”.
Xatırladaq ki, bir neçə ay öncə verilişlərin birində qonaq olan Hiss heç vaxt Balaəli ilə duet oxumayacağını,, meyxanaçının səsini eşitdikdə kanalı çevirdiyini demişdi. (Yenisabah.az)