Anbar işçilərinin gödəkcəsi qış trendi oldu
    • 19-10-2024, 18:56
    • 359

Anbar işçilərinin gödəkcəsi qış trendi oldu

Bu qış üçün dəbli üst geyimlərindən birinin adı açıqlanıb. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, hər kəs tərəfindən anbar gödəkcəsi kimi bilinən geyimlər bu il qışın trendinə çevriləcək. 

Bu praktik qarderob geyimi böyük ölçülü dizayna və çoxlu ciblərə malikdir.

Qeyd olunur ki, bu əşyanı populyarlaşdıranlardan biri də İtaliyanın “Prada” brendi olub. Brendin nümayişlərindəki manekenlər şəffaf ətəklər və saçaqlı paltarlar kimi qadın geyimləri ilə bu gödəkcələri kombin ediblər. Gödəkcə, həmçinin “Bottega Veneta” və “Fendi” kolleksiyalarında nümayiş etdirilib və moda modelləri Hailey Bieber və Kaia Gerber tərəfindən onların qarderoblarına daxil edilib.

Eyni zamanda, “Lyst” platformasının məlumatlarına görə, işçi gödəkcəsi 2024-cü ilin birinci rübündə ən populyar məhsullar onluğuna daxil olub.