Gecə klubları sığınacaq oldu - məcburi köç
    • 9-10-2024, 13:15
    • 436

Gecə klubları sığınacaq oldu - məcburi köç

Amerikanın Washington Post (WP) qəzeti Livan xalqının mübarizə apardığı miqrasiya şərtlərindən yazıb.

News24.az xəbər verir ki, Beyrutun məşhur gecə klublarından biri olan Skybar öz qapılarını köçkün vətəndaşların üzünə açıb.

Skybar-ın meneceri Gaelle Irani, buranı sığınacaq mərkəzinə çevirdiklərini ifadə edərək, "İş 180 dərəcə dəyişdi" dedi. Menecer rəqs meydançasını bölmələrə ayırdıqlarını, gecələr qadınların, uşaqların və qocaların içəridə, gənclərin isə çöldə yatdığını bildirib.

Qeyd edək ki, hökumət ölkə daxilində 973 sığınacaq açıb və burada 180 minə yaxın livanlı yaşadığı üçün tutum doludur.

Bildirilir ki, bəzi ev sahibləri 12 aylıq kirayə haqqını əvvəlcədən istəyirlər.

Günel Məlikzadə