Məşhur müğənni Beyons imicini DƏYİŞDİ - FOTO
    • 9-10-2024, 15:39
    • 469

Məşhur müğənni Beyons imicini DƏYİŞDİ - FOTO

Tədbirlərdə nadir hallarda görünən 32 qat Grammy laureatı Beyons dünən Nyu Yorkda keçirilən 2024-cü ilin Qlamur Qadınları Mükafatları mərasiminə qatılıb.

News24.az xəbər verir ki, 43 yaşlı müğənni tədbirə 70 yaşlı anası Tina Noulz ilə qatılıb.

Mərasimdə qızılı atlaz ətək və açıq sarı trikotaj geyinməyi seçdiyi Beyonsun platin sarışın rəngi gündəm olub.

Martın 29-da musiqisevərlərin ixtiyarına verilən "Kovboy Karter" albomu ilə imicini yeniləyən Beyons bu dəfə saçlarını kəsdirərək sarıya boyadığı görülüb.

Son albomu ilə kantri musiqisi siyahısında birinci yeri tutan musiqi tarixində ilk qaradərili müğənni olmağı bacaran Beyons platin sarı saçları ilə Merilin Monro ilə müqayisə edilib.

Günel Məlikzadə