-
- 9-10-2024, 16:09
- 567
Baldızını öldürən yeznə aylarla ailəni belə aldadıb: Səs yazıları və mesajlar..
Zeynep Ece Aksay Antalyada yeznəsi (bacısının əri) tərəfindən öldürülüb. Qatilin qətli gizlətmək üçün nə etdiyi üzə çıxıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, qatil yeznə Zeynel Boyacının baldızının qətlini aylarla gizlətməyə çalışdığı üzə çıxıb. Ailəsi itkin düşən qadını axtararkən şübhəlinin də axtarışa qoşulduğu, sosial media hesabından ailəsinə mesaj göndərdiyi də müəyyən edilib.
O, qadının telefonundan yaxınlarına deyib: “Hamiləyəm, sevgilimlə qaçdım, kənddə internet yoxdur”. Onun 5 ay ərzində belə mesajlarla fikrləri yayındırdığı öyrənilib.
Müəyyən edilib ki, Zeynel Boyacının baldızı ilə keçmiş danışıqlarını da lentə alıb, səs yazılarını redaktə edib, sanki təzəmiş kimi qohumlarına göndərib.
Belə ki, onun qohumlarını qadının sağ olduğuna inandırdığı müəyyən edilib.
Günel Məlikzadə