SON DƏQİQƏ! ABŞ ordusu sərhədimizə yerləşir
    • Bu gün, 05:28
    • 1 228

SON DƏQİQƏ! ABŞ ordusu sərhədimizə yerləşir


Rusiya və Ermənistan sərhədçilərinin Türkiyə ilə sərhəddə birgə xidmət etməsi o deməkdir ki, rus kontingenti əlində olan bütün səlahiyyətlərini itirəcək.

News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiya kəşfiyyat qurumların yaxınlığı ilə tanınan “Rıbar” Teleqram kanalı çıxış edib.

Bildirilib ki, Rusiyanın Ermənistandakı şəxsi heyəti 50% azaldılıb:

“Bir neçə yaşayış məntəqəsindən – Gorus, Qarakilsə və Arazdəyəndən Rusiya bölmələri çıxarılıb. Rusiyanın radiolokasiya qrupları Göyçə gölü yaxınlığındakı Martuni rayonundan da çıxarılıb. Türkiyə ilə sərhəddəki Marqara sərhəd keçid məntəqəsinə isə ruslar, ümumiyyətlə, buraxılmayıblar.

Belə nəticəyə gəlmək olar ki, ən vacib sərhəd postları artıq Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində deyil. Buralardan Ermənistanın İrana və gələcəkdə Türkiyəyə əsas ticarət axınları gedir”.

“Ən vacibi odur ki, bizdəki məlumatlara görə, İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlanır. Onlar İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklər”, – yazıda vurğulanıb.