-
- 11-10-2024, 15:28
- 538
Arvadını öldürdü, “səhvən vurdum” dedi
Türkiyədə daha bir qadın əri tərəfindən öldürülüb.
News24.az xəbər verir ki, Adem Muslu (48) həyat yoldaşı Gülər Muslu (49) ilə mübahisə etməyə başlayıb.
Mübahisədən sonra Adem Muslu həyat yoldaşı Gülər Musluya tapança ilə atəş açıb. Daha sonra Adem Muslu 112-yə zəng edərək həyat yoldaşını səhvən vurduğunu deyib.
Hadisə yerinə gələn sağlamlıq qrupları qadının öldüyünü təyin edib, polis qrupları qətl şübhəlisini saxlayıb.
Günel Məlikzadə