COVID-19-un necə yayıldığı AÇIQLANDI
    • Bu gün, 08:13
    • 751

COVID-19-un necə yayıldığı AÇIQLANDI

Bir qrup alim araşdırma apararaq, COVID-19-un Çinin Uhan şəhərindəki bir bazarda təbii şəkildə əmələ gəldiyini müəyyən edib.

News24.az “Cell” jurnalında məqalə dərc edilib. 

Mütəxəssislər 2020-ci ilin əvvəlində Uhan dəniz məhsulları bazarından toplanan genetik məlumatın dərin təhlilini aparıblar və aşkar ediblər ki, patogen məhz oradan bütün dünyaya yayılmağa başlayıb. 

Alimlərin fikrincə, virus genlərinin müxtəlifliyi bazarda vəhşi heyvanların ətinin satıldığı hissə ilə bağlıdır. 

Patogen əvvəllər infeksiyanın aralıq daşıyıcısı kimi şübhələnilən yenot itlərində və bambuk siçovullarında tapılıb.

Teymur Məmmədov