-
- 18-10-2024, 20:57
- 452
"Ronaldonu ələ salıb deyirdik ki..."
“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand həmin vaxt komanda yoldaşlarından biri olan Kriştiano Ronaldo haqqında danışıb.
News24.az QOL.az-a istinadla xəbər verir ki, o, "qırmızı şeytanlar"a keçərkən hələ 18 yaşında olan hücumçunu dəfələrlə ələ saldıqlarını söyləyib:
“Biz onu 7 nömrəli formanı geyindiyi üçün danlayırdıq. Çünki Ronaldo 7 nömrəli formanın əvvəllər Devid Bekhemə məxsus olduğunu bilərək bunu qəbul etmişdi. Biz ona dedik ki, əsl 7 nömrə Bekhemdir. Ronaldo əhvalı pis olanda özünü itirirdi. Onu tez-tez ələ salırdıq. Ronaldo həmin vaxt bizdən çox gənc idi. Bizim əməlimizi zorakılıq kimi qiymətləndirə bilərdi. Amma bu, sadəcə onu sərtləşdirmək, inkişaf etdirmək üçün bir cəhdi idi".
Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb. O, 2021-ci ildə yenidən bu kluba qayıdıb və 2022-ci ilin noyabrında ayrılıb. 39 yaşlı forvard hazırda "Əl-Nəsr"in formasını geyinir.