-
- 18-10-2024, 16:30
- 325
Süni intellekt fırıldaqçılığın qarşısını aldı
ABŞ Maliyyə Nazirliyi ötən maliyyə ilində süni intellektdən istifadə etməklə ən azı 4 milyard dollar fırıldaqçılığın qarşısı alındığını bildirib.
News24.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, son zamanlar həyata keçirilən təkmilləşdirilmiş fırıldaqçılığın aşkarlanması proseslərində süni intellektin istifadəsi ilə bağlı məlumatlar paylaşılıb.
Açıqlamada, fırıldaqçılığın aşkar edilməsi üçün süni intellektdən istifadə edildiyi və bu üsulla 2023-cü ilin oktyabr-2024-cü ilin sentyabr aylarını əhatə edən maliyyə ilində ümumilikdə 4 milyard dollardan çox qeyri-qanuni və saxta ödənişlərin bərpa edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, bərpa edilən ümumi məbləğin təxminən 1 milyard dolları çek fırıldaqçılığı, 2,5 milyard dolları isə yüksək riskli əməliyyatların aşkarlanması və qarşısının alınması ilə bağlı olub.
Məryəm İlhamqızı