-
- 25-10-2024, 19:12
- 448
Qızı evi qayıtmayan ata görün nə etdi
Türkiyədə qızı evə qayıtmaq istəmədikdən sonra özünü y*ndıran ata dünyasını dəyişib.
News24.az xəbər verir ki, bir müddət ailə problemləri yaşadığı iddia edilən Halil Seliz məhəllə bazarında alış-veriş edən camaatın gözü qarşısında üzərinə benzin töküb.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə əraziyə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.
Evdən qaçan qızının geri qaytarılmasını istəyən Halil Selizi polis qrupları razı sala bilməyəndə həyat yoldaşı əraziyə çağırılıb.
Həyat yoldaşının və polis qruplarının səylərinə baxmayaraq razı olmayan Halil Seliz qızın evə qayıtmaq istəmədiyini dedikdən sonra benzinlə özünü yandırıb.
Müalicə alan Halil Seliz dünən axşam saatlarında həkimlərin bütün müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Günel Məlikzadə