Paltarlarınız bu üsulla daha tez quruyacaq
    • 29-10-2024, 21:27
    • 473

Paltarlarınız bu üsulla daha tez quruyacaq

Soyuq havalar davam etdikcə yuduğumuz paltarları qurutmaqda çətinlik çəkirik. Ancaq mütəxəssislər bu problemə səbəb ola biləcək bir üsul paylaşıblar.

News24.az xəbər verir ki, paltarlarınızı tez qurutmaq istəyirsinizsə, dəsmal ilə qurutma texnikasından istifadə edə bilərsiniz. 

Texnikanı tətbiq etmək üçün sizə lazım olan tək şey yerə düz sərdiyiniz quru dəsmaldır. Yaş paltarlarınızı bu dəsmalın üzərinə qoyun. 

Paltarı dəsmalın üzərinə qoyduqdan sonra paltarı dəsmalın kənarları ilə "sarğı kimi" sarın. Yaxşıca sıxdığınız zaman dəsmalın nəm olduğunu görəcəksiniz. Daha sonra quru paltarı havalandırılan yerdə asaraq qurutma prosesini sürətləndirə bilərsiniz. Beləliklə, bir neçə saat ərzində paltarlarınız geyinməyə hazır olacaq.


Məryəm İlhamqızı