-
- 10-07-2019, 15:40
- 1 056
Masallıda 8 nəfərin öldüyü qəzada yaralanan Miranə Tağıyevadan- XƏBƏR VAR
İyulun 9-da Masallıda 8 nəfərin öldüyü ağır yol qəzasında yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Tağıyevanın vəziyyəti stabildir.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Miranə Tağıyeva dünən günün ikinci yarısı evə buraxılıb.
Qeyd edək ki, qəza iyulun 9-da yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Toydan qayıdan Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi "KAMAZ" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Afaq Mirayiq