Moskvada 300-dən çox etirazçı saxlanıldı Fotolar
    • 27-07-2019, 19:45
    • 1 071

Moskvada 300-dən çox etirazçı saxlanıldı Fotolar

Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib.
News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz mitinq keçirən iştirakçıların kütləvi saxlanılmasına başlayıb. 298 nəfərin polis bölməsinə aparıldığı qeyd olunur. Bəzi mənbələrdə isə bu rəqəm 320 qeyd olunur.
Moskva meriyasının binası önünə toplaşan etirazçılara əvvəlcə ictimai asayişi pozmamaq və aksiyanı dağıtmaq tələbi qoyulsa da, onlar buna əhəmiyyət verməyərək mitinqi davam etdiriblər.
Moskva meri Sergey Sobyanin şəhərdə nizam-intizamın tezliklə bərpa olunacağını deyib.