"Azərbaycan Türkiyədən sonra ən çox şəhid məzarlığımızın olduğu ölkədir" - SƏFİR
    • 12-09-2019, 17:00
    • 644

"Azərbaycan Türkiyədən sonra ən çox şəhid məzarlığımızın olduğu ölkədir" - SƏFİR

“Biz, bir-birinə ürəkdən bağlı, ayrıla bilməyəcək tək millətik. Türkiyə və Azərbaycan eyni millətin biri şərqdə digəri isə qərbdəki iki qoludur. Bir ananın iki oğludur”.

News24.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu gün təşkil olunan “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyinə həsr olunmuş sərgi-tədbirində deyib:

“Bu gün Türkiyədən sonra ən çox şəhid məzarlığının olduğu ikinci ölkə Azərbaycandır. Bu heç də səbəbsiz deyil. Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban verən 1130 şəhidimiz burada, qardaşlarının bağrında, onların qoruması altında yaşayırlar. Bu elə bir qorumadır ki, Sovetlər dövründə belə azərbaycanlılar qardaşlarının məzarlarına sahib çıxmaq üçün canlarını təhlükəyə atıblar. Beləcə hər bir şəhidin məzarına sahib çıxaraq bu günlərə gəlməsinə kömək ediblər. Bu gün Azərbaycanda rəsmi olaraq 14 şəhid məzarlığı var”.